Menu

ABŞ Mosulun azad edilməsi üçün əməliyyata başladı

05.03.2016, 16:43
ABŞ Mosulun azad edilməsi üçün əməliyyata başladı

ABŞ-ın İŞİD terror qruplaşması ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqrek bəyan edib ki, İraqın Mosul şəhərinin azad edilməsi üçün xüsusi əməliyyata başlanılıb.

Bu barədə Oxu.Az Alsumaria telekanalına istinadən xəbər verir.

Makqrek həmçinin vurğulayıb ki, əməliyata başlanmazdan əvvəl Mosulla Suriyanın Rakka şəhərləri arasında terrorçuların təchizat yolları bağlanıb.

Bundan əlavə, ABŞ-ın xüsusi nümayəndəsi qeyd edib ki, əməliyyat planı yaxşı hazırlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol