Menu

"TURAZ Şahinləri" Türkiyəyə yola düşüb - VİDEO

05.03.2016, 18:32
"TURAZ Şahinləri" Türkiyəyə yola düşüb - VİDEO

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən martın 7-dən başlayacaq "TURAZ Şahini - 2016" təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konya şəhərində yerləşən aviabazaya gəlib.

İki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər martın 25-dək davam edəcəkdir.

Qeyd edək ki, artıq ikinci dəfə Türkiyədə baş tutacaq müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol