Menu

Donbasda qanlı döyüşlər: 30 terrorçu məhv edildi

06.03.2016, 00:46
Donbasda qanlı döyüşlər: 30 terrorçu məhv edildi

Ötən gecə Mariupol istiqamətində Ukrayna hərbçiləri və terrorçuların diversiya-kəşfiyyat qrupu arasında döyüş olub. Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ukrayna Prezident Administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Ukrayna döyüşçüləri rəqibin 30 döyüşçüsünü məhv edib.

“Ukraynanın hərbi qulluqçularının peşəkar hərəkətləri nəticəsində rəqib döyüşdə ağır itkilər verib. Onlardan 30-a qədər döyüşçü öldürülüb”, - o, deyib.

Həmçinin Lısenko qeyd etdi ki, Ukrayna tərəfi 2 hərbçisini itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol