Menu

“ABŞ-ın quldurlara pul ayırmağa haqqı yoxdur”

11.03.2014, 14:07
“ABŞ-ın quldurlara pul ayırmağa haqqı yoxdur”

“ABŞ qanunvericiliyi çevriliş nəticəsində prezidenti vəzifəsindən uzaqlaşdırılan istənilən ölkəyə maliyyə yardımın ayrılmasını qadağan edir”.

APA-nın məlumatına görə, bunu bu gün Rostov-na-Donu şəhərində jurnalistlərə Viktor Yanukoviç deyib.

O qeyd edib ki, ABŞ-ın Ukraynaya 1 mlrd. dollarlıq yardım planı ilə bağlı ABŞ Konqresi, Senatı və Ali Məhkəməsinə müraciət edəcək.

“ABŞ-ın quldurlara pul ayırmağa haqqı yoxdur”, - deyə o vurğulayıb.

Beynəlxalq ictimaiyyəti antikonstitusion çevrilişləri dəstəkləməməyə çağıran V.Yanukoviç qeyd edib ki, Ukraynanın yeni hakimiyyəti ölkədə vətəndaş müharibəsinin başlanmasına çalışır. Onun sözlərinə görə, Ukrayna ordusunun zabitləri və əsgərləri yaranmış durumu anlayırlar və “cinayət xarakterli” əmrləri yerinə yetirməyəcəklər.

“Mən bu qara qüvvələrin Qərbdəki himayədarlarından soruşmaq istəyirəm: siz kor olmusunuz? Yaddaşınızı itirmisiniz? Faşizmin nə olduğunu unutmusunuz?”, - deyə V.Yanukoviç vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol