Menu

Azərbaycan neft hasilatının "dondurulmasına" razılıq verdi

06.03.2016, 13:36

trend_rovnag_abdullayev_291015Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində «dondurulması» təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.

Xatırladaq ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının «dondurulması» təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol