Baker Hughes Inc.-ın məlumatına görə, ABŞ-da qazılan neft quyularının sayı 8 ədəd azalaraq 392-yə geriləyib və 11 həftə ardıcıl azalaraq, 2009-cu ilin Dekabr ayından bu yana ən aşağı səviyyəsinə enib.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ Əmtəə Fyuçerləri Komissiyasının (CFTC) məlumatlarına görə, Hedc (hedge) fondları, qiymətlərin 20 dollar səviyyəsinə düşəcəyi gözləntilərini azaldıblar. Bununla əlaqədar olaraq açdıqları mövqelərin (qısa mövqe - qiymətlərin düşəcəyi gözlənilən mövqe) sayını son 10 ayda ən sürətli şəkildə azaldıblar.
ABŞ-da xam neft istehsalı 2014-cü ilin Noyabr ayından bu yana ən aşağı səviyyəsinə enib. Ancaq hazırda, ABŞ-da neftbazalarda neft ehtiyatları 80 ildən uzun bir müddətin ən yüksək səviyyəsində qalır.
Rusiyanın energetika naziri Aleksandr Novakın dövlət televiziyasına verdiyi açıqlamaya görə, iri neft istehsalçıları arasında istehsalın dondurulmasına dair görüş keçiriləcək. Görüşün, 20 Mart ilə 1 Aprel arasında bir dövrdə, Rusiya, Doha və ya Vyanada keçirilə biləcəyini deyib.
CMC Markets-in baş analitiki Ric Spooner, "ABŞ-da hasilat səviyyələrinin düşməyə başladığını görürük və əgər bu davam edərsə, neft qiymətlərindəki yuxarı təkan bir az da artıra bilər" - deyib.
Qeyd edək ki, Brent neftinin barrelinin qiyməti bu gün 2% qalxaraq 39,50 dolları görüb.


Şərhlər