Menu

Türkiyədə 16 PKK-çı məhv edilib

07.03.2016, 18:13
Türkiyədə 16 PKK-çı məhv edilib

Türkiyənin Şırnak vilayətinin İdil rayonunda PKK-ya qarşı aparılan əməliyyat zamanı 16 terrorçu zərərsizləşdirilib.

APA-nın “Milliyyet”ə istinadən verdiyi məlumata görə, əməliyyat bu gün səhər saatlarında başlayıb. İlkin olaraq İdilin Turqut Özal məhəlləsində 13 PKK-çı öldürülüb. Dirsəkli və Kuyulu kəndləri arasındakı PKK-çılara isə havadan zərbə endirilib və 3 terrorçu məhv edilib.

Əməliyyatlar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol