Menu

Duma Krımı Rusiyaya birləşdirməyə hazırlaşır

11.03.2014, 17:07
Duma Krımı Rusiyaya birləşdirməyə hazırlaşır

“Ria Novosti” agentliyinin verdiyi məlumata görə, Rusiya Dövlət Duması 21 martda “Ədalətli Rusiya” partiyası tərəfindən təqdim olunan Krımın Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun lahiyəsini müzakirə edəcək.

Qeyd edək ki, fevralın 28-də “Ədalətli Rusiya” partiyası Dövlət Dumasına Rusiya Federasiyası tərkibində yeni yaranmış subyektlər haqqında 2001-ci ildə qəbul edilmiş qanunda dəyişiklərin olunması təklifini vermişdi. Partiya təklif edir ki, hər hansı bir xarici subyekt daxilində effektli dövlət idarə etmə sisteminin pozulduğu halda, həmin ərazidəki əhalinin referendum keçirərək Rusiya Federasiyası tərkibinə qatılmaq istəyi müsbət qarşılansın.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol