Menu

Neft sürətlə bahalaşır

08.03.2016, 19:22
Neft sürətlə bahalaşır

Dünya birjalarında çərşənbə axşamı “qara qızılın” qiymətində yeni artım qeydə alınıb. Brent markalı neft daha 1,3% bahalaşıb və artım davam edir.

Bu gün London və Nyu-York birjalarında keçirilən hərraclarda neftin qiyməti Bakı vaxtı ilə saat 17.45 radələrinə müvafiq olaraq 1,3% və 0,92% artıb.

London birjasında Brent markalı neftin bir barelinin qiyməti 41,42 dollar təşkil edib, Nyu-York birjasında isə Qərbi Texas markalı neftin bir barelinin qiyməti 38,21 olub.

Qeyd edək ki, dünən London birjasında keçirilən hərraclarda Brent markalı neft gün ərzində 5,19% artım nümayiş etdirərək 40,84 göstəricisi ilə bağlanmışdı.

Xatırladaq ki, Azərbaycanın 2016-cı il üzrə dövlət büdcəsində neftin qiyməti 25 dollar nəzərdə tutulub.  /fins.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol