Menu

ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı

09.03.2016, 21:30

ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilmiş sanksiyaların müddətini daha 1 il uzatdı.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

“Sırf İranın nüvə proqramının sülh xarakteri daşımasını təmin etmək məqsədilə əldə olunmuş tarixi anlaşmalara baxmayaraq, İran hökumətinin bəzi hərəkətləri və siyasi tədbirləri ABŞ-a qarşı qeyri-adi, ekstraordinar təhlükə mənbəyi olmaqda davam edir. Beləliklə, 1995-ci ilin 15 mart tarixində tətbiq olunmuş milli fövqəladə vəziyyət rejimi 15 mart 2016-cı il tarixindən sonra da davam etməlidir”, - Obama belə deyib.

Ağ Evin başçısı əlavə edib ki, bununla o, İrana qarşı fövqəladə vəziyyət rejiminin müddətini daha 1 il uzadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol