Menu

Moody's reytinq agentliyi Rusiya ilə əməkdaşlıqdan imtina etdi

09.03.2016, 23:19
Moody's reytinq agentliyi Rusiya ilə əməkdaşlıqdan imtina etdi

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, nüfuzlu “Moody's” beynəlxalq reytinq agentliyi Rusiya ilə əməkdaşlıqdan imtina edib və ölkənin bütün reytinqlərini sıfırlayıb.

Məlumatda bildirilir ki, bundan sonra beynəlxalq “Moody's” reytinq agentliyi Rusiyaya milli cədvəl üzrə reytinq xidmətləri göstərməyəcək. Bu qərarını reytinq təşkilatının rəhbərliyi Rusiya qanunvericiliyindəki dəyişikliklərlərlə əlaqələndirib.

Qəbul edilmiş bu qərardan sonra “Moody's Interfax Rating Agency” də Rusiyadakı fəaliyyətini sonlandıracaq. Bu, Rusiyanın bütün suveren reytinqləri geri çağırıldıqdan sonra baş verəcək.

Qeyd olunur ki, “Moody's” Rusiya ilə əlaqələri büsbütün kəsmək niyyətində deyil. Şirkət Rusiyadakı müştərilərinə qlobal cədvəl üzrə reytinq xidmətləri göstərməkdə davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol