Menu

ABŞ və Venesuela arasında növbəti qalmaqal

10.03.2016, 09:02
ABŞ və Venesuela arasında növbəti qalmaqal

Venesuelanın ABŞ-dakı müvəqqəti işlər vəkili Sançes Arvelais geri çağırılıb.

APA-nın Reuters agentliyinə görə, buna səbəb rəsmi Vaşinqtonun Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaların qüvvədə qalmasıdır.

“ABŞ təkəbbür, intriqalar və hakimlik iddiasından əl çəkməlidir”, deyə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Televiziya ilə xalqa müraciət edən N.Maduro növbəti dəfə bəyan edib ki, rəsmi Vaşinqton Venesuela hökumətini devirmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl N.Maduro ABŞ prezidenti Barak Obamaya müraciət edərək Venesuelaya qarşı sanksiyaları aradan qaldırmağa çağırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol