Menu

Sabiq prezidentə qarşı korrupsiya ittihamı irəli sürüldü

10.03.2016, 09:06
Sabiq prezidentə qarşı korrupsiya ittihamı irəli sürüldü

Braziliya baş prokurorluğu ölkənin keçmiş prezidenti İnasiu Lula da Silvaya qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ittiham "Petrobras" dövlət neft şirkəti ətrafında davam edən qalmaqalla bağlıdır.

Məlumata əsasən, prokurorluq sabiq prezidentin arvadı və böyük oğluna qarşı da ittiham irəli sürüb.

Martın 4-də Braziliya hüquq-mühafizə orqanları İnasiu Lula da Silva və ailəsinə məxsus evlərdə axtarış həyata keçirilib. Axtarış əməliyyatından sonra sabiq prezident dindirilmə üçün polis idarəsinə aparılıb

Qeyd edək ki, Braziliyanın ən iri neft şirkəti"Petrobras"-da korrupsiya ilə bağlı araşdırma 2013-ci ildən etibarən davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol