Menu

İşdən çıxarılan vitse-admiral danışdı-YENİLƏNİB

12.03.2014, 11:28
İşdən çıxarılan vitse-admiral danışdı-YENİLƏNİB

“Belə məsləhət imiş, belə də oldu. Bu barədə heç nə danışmaq istəmirəm”. APA xəbər verir ki, bunu açıqlamasında dünən tutduğu vəzifədən azad edilən Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov deyib. O, ölkə başçısının sərəncamına əlavə şərh vermək istəmədiyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib. Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.

----

Vitse-Admiral Şahin Sultanovun vəzifəsinin icrası onun müavini Yunus Məmmədova tapşırılıb

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, Vitse-Admiral Şahin Sultanov vəzifəsindən azad edilib. AzNews.az-ın məlumatına görə, bu barədə əmri Müdafiə naziri Zakir Həsənov bu gün imzalayıb. Məlumata görə, Şahin Sultanovun vəzifəsinin icrası onun müavini Yunus Məmmədova tapşırılıb.

Qeyd edək ki, vitse-admiralın yaxın adamlarının işdən azad edilməsi, bir neçəsinin isə həbs olunması ilə bağlı məlumatlar yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol