Menu

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olundu

10.03.2016, 16:03
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv olundu

Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişiklik "ADA" Universitetinin təklifi nəzərə alınaraq edilib.

Dəyişikliyə əsasən, təsnifatın "Texniki və Texnoloji İxtisaslar Qrup"unda yer alan İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası ləğv edilib.

Əvəzində isə İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisasları yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol