Menu

Suriyada parlament seçkiləri: namizədlər arasında 18 erməni də var

10.03.2016, 22:39
Suriyada parlament seçkiləri: namizədlər arasında 18 erməni də var

Suriyada keçiriləcək parlament seçkilərinə orada yaşayan 18 erməni də qatılmaq istəyir.

Virtualaz.org yerli “Aravelk” nəşrinə istinadən bildirir ki, onlardan 15-i Aleppodan, 3-ü isə Damaskdan namizəddir.

Amma onlardan seçki marafonuna konkret olaraq kimlərin qatılacağı yaxın günlərdə məlum olacaq.

Məsələ ondadır ki, müvafiq seçki qanunvericiliyinə görə, Damaskdakı icma minimum bir deputat yerinə iddia edə bilər. Amma ermənilər ən azı üç yeri əldə etmək istəyirlər.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd parlament seçkilərini aprelin 13-də keçirmək istəyir.

Onu da qeyd edək ki, Suriya parlamenti ötən il "erməni soyqırımı"nı tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol