Menu

Olbraytın rəhbərlik etdiyi institut arzuolunmaz elan edildi! - Rusiyda

11.03.2016, 00:34
Olbraytın rəhbərlik etdiyi institut arzuolunmaz elan edildi! - Rusiyda

Rusiya KİV-nin yaydığı məlumata görə, Baş prokurorluq bu ölkədə fəaliyyət göstərən və ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın rəhbərlik etdiyi Beynəlxalq Münasibətlər üzrə Milli Demokratik İnstitutu arzuolunmaz təşkilatların siyahısına daxil edib (Exo Moskvı).

Xəbərdə deyilir ki, 90-cı illərin əvvələrində Rusiya prezidenti Vladimir Putin də həmin institutda treninq keçib.

«Sərəncamında olan materialları öyrənərək, Baş prokurorluq bu nəticəyə gəlib ki, sözügedən institut Rusiya Federasiyasının konstitusiya quruluşuna və dövlət təhlükəsizliyinə təhlükə yaradır» - deyə, qurumun saytında qeyd edilir.

Bildirilir ki, indi qəbul olunmuş qərar barədə informasiya, fəaliyyəti Rusiyada arzuolunmaz elan edilmiş xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının siyahısına salınmaq üçün Ədliyyə Nazirliyinə göndəriləcək.

«İnterfaks» xəbər verir ki, institutun özündə Rusiyanın bu qərarından təəssüfləndiklərini bildirərək, qeyd ediblər ki, bununla Rusiya özünün beynəlxalq öhdəliklərini pozur.

Beləliklə, sözügedən institut Rusiyada 5-ci arzuolunmaz təşkilata çevrildi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol