Menu

SƏFƏR ƏBİYEV VƏ DAHA 6 GENERAL EHTİYATA GÖNDƏRİLDİ - Orduda "təmizləmə" davam edir

12.03.2014, 00:16
SƏFƏR ƏBİYEV VƏ DAHA 6 GENERAL EHTİYATA GÖNDƏRİLDİ - Orduda "təmizləmə" davam edir

Zakir Həsənov Səfər Əbiyevə yaxın kadr kimim tanınan generalları yalnız vəzifədən deyil, Silahlı Qüvvələrdən də uzaqlaşdırdı

Azərbaycan Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Müdafiə nazirinin bu günlərdə imzaladığı əmrlə ehtiyata göndərilənlər- 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi).

Qeyd edək ki, adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub.

Qeyd edək ki, adları çəkilən generallar Zakir Həzənov müdafiə naziri təyin olunduqdan dərhal sonra vəzifələrindən çıxatılmışdı. Sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın kadr kimim tanınan bu generalların orduda yenidən hansısa vəzifəyə qaytarılmayaçağı məlum idi. Müdafiə nazirinin bu günlərdə imzaladığı əmrlə sadəcə bunu rəsmiləşdirib.

Əlbəttə, Zakir Həzənov müdafiə naziri kimi öz komandasını formalaşdırması başadüşüləndir. Ancaq 10 illər ərzində yetişən generalların bir əmrlə müharibə vəziyyətində yaşayan ölkənin ordusundan gənarlaşdırılmasına bəraət qazandırmaq münkün deyil. Zakir Həzənovun bu çür "təmizləmələrinin" Azərbaycan ordusunun zəifləməsinə səbəb olaçağı istisna deyil. Nəzərə alsaq ki, generalların tutduğu postlara bəzən mülki işlərdən qohum-əqraba, dost-tanış gətrilir, onda narahatçılığın nə qədər əsaslı olduğu aydınlaşar.

Murad

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol