Menu

​Daxili İşlər Nazirliyində yeni baş idarə yaradılıb

11.03.2016, 19:19

dinDaxili İşlər Nazirliyində (DİN) yeni baş idarə yaradılıb.

“Report”un xəbərinə görə, bununla bağlı müddəa Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanda yer alıb.

Sənədə əsasən, DİN-də Maddi-Texniki Təminat Baş İdarəsi yaradılıb.

Əvəzində, DİN-in Əsaslı Tikinti İdarəsi ləğv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol