Xarici KİV-in yaydığı məlumata görə, ABŞ Suriyada atəşkəs rejiminin pozulduğunu xəbər verir (Exo Moskvı).
Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bəyan edib ki, Bəşər Əsəd hökumətinə tabe ordu hissələri dinc əhalinin cəmləşdiyi ərazilərə aviazərbələr endirir ki, bu da atəşkəs rejiminin birbaşa pozulması deməkdir (Röter).
Kirbi qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyanı hücumları dayandırmaq məqsədilə Suriya hakimiyyətinə öz təsir vasitələrindən istifadə etməyə çağırır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışığı zamanı atəşkəs rejiminin saxlanması istiqamətində Moskva və Vaşinqton arasında hərbi fəaliyyət üzrə koordinasiyanın dərinləşdirilməsi məsələlərini müzakirə edib.
AzPolitika.info


Şərhlər