1994-2015-ci illərdə Azərbaycan hökuməti dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından və kommersiya təşkilatlarından 10 milyard 327,5 milyon ABŞ dolları ekvivalentində borc alıb. Fins.az-ın mnəlumatına görə, bu barədə Nazirlər Kabinetinin hesabatında bildirilir.
Hesabata əsasən, borc məbləğinin 741,1 milyonu ötən ilin payına düşüb. O cümlədən Çexiyanın “Societe Generale” qrupundan 458,86 m”ilyon avro, Yaponiyanın “ Sumitomo Mitsui Banking Corporation” təşkilatından 132 milyon avro və “Societe Generale ofisindən 85,37 milyon avro alınıb.
2014-cü illə müqayisədə dövlət zəmanəti ilə alınmıç borclar 237,2 milyon dollar çox olub. Xatırladaq ki, 1 il əvvəl 12 saziş əsasında 978,3 milyon dollar cəlb edilib.


Şərhlər