Sabiq nazirin müəmmalı ölümü ətrafında möhtəkirlik?
«Gazeta.ru» xəbər verir ki, ölümündən sonra, Rusiyanın sabiq mətbuat naziri Mixail Lesinin xarici pasportu ABŞ-ın istintaq orqanları tərəfindən dərhal onun dul qalmış arvadına təhvil verilib. Mərhumun arvadı Valentina Lesina özü bunu bəyan edib (Exo Moskvı).
Valentina Lesinanın sözlərinə görə, o, «hər cür iyrənc böhtanı şərh etməyi özünün ləyaqətinə sığışdırmır və mərhum ərinin xatirəsinə yaraşdırmır».
Bundan əvvəl Rusiya KİV-i xəbər yaymışdılar ki, guya mərhum Lesin ölümündən 40 gün sonra rəsmi surətdə ABŞ-ın dövlət sərhədini keçərək, bü ölkənin hüdudlarını tərk edib. Xəbərdə o da qeyd olunurdu ki, ola bilsin, həmin pasport əsasında ABŞ sərhədindən Lesinin meyitini keçiriblər. O zaman Rusiyalı müxalifətçi Aleksey Navalnı sual etmişdi: «Elədirsə, bəs, 40 gün əvvəl ABŞ-da dəfn edilən kim imiş?»
Maraqlıdır ki, Lesinin dul qadını mərhum ərinin xarici pasportunun ona verildiyini bəyan etsə də, nə ərinin ABŞ-da dəfn oldunduğu, nə də meyitinin ABŞ ərazisindən çıxarıldığı versiyaları barədə bir söz deməyib.
Beləliklə, keçmiş KQB zabiti Litvinenkonun Britaniyada müəmmalı ölümündən sonra (Berezovskinin ölümü istisna olmaqla) eks-nazir Mixail Lesinin vətənindən kənarda müəmmalı ölümü ətrafında dolaşan sensasiyalı xəbərlər müəyyən düşüncələrə əsas verir: Nə baş verir? Bəlkə, eks-nazirin ölümü və bununla bağlı yayılan «pasport əhvalatı» xüsusi xidmət orqanlarının növbəti «oyun»udur? Elədirsə, bu oyun kimə lazım gəlib - ABŞ-a, yoxsa Rusiyaya?...
AzPolitika.info


Şərhlər