Menu

 İrana 10 mln dollar yardım ayrılır - Tibbin inkişafı üçün

13.03.2016, 11:02
 İrana 10 mln dollar yardım ayrılır - Tibbin inkişafı üçün

Yaponiya İrana tibbi texnologiyaların inkişafı və xəstələrin diaqnostikasının keyfiyyətinin artırılması üçün 10 mln dollar ayıracaq. APA-nın “TASS”-a istinadən verdiyi xəbər görə, müvafiq razılaşma ötən gün Tehranda İranın səhiyyə naziri Mohsen Əsədi Lari və Yaponiyanın Tehrandakı səfiri Xiroyasu Kobayasi arasında imzalanıb.

Vəsaitin böyük hissəsi, əsasən Yaponiya istehsalı olan, yeni tibbi avadanlıqların alınmasına yönəldiləcək.

Qeyd edək ki, fevralın əvvəlində Yaponiya və İran sərmayə əməkdaşlığına dair saziş imzalayıblar.

Xatırladaq ki, Yaponiya yanvarın 22-də Tehrana qarşı sanksiyaları ləğv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol