Menu

Saxta miqrasiya kartı hazırlayan cinayətkar dəstə ifşa olunub

13.03.2016, 21:46

Qandal-qolda-2208117Rusiya KİV-nin yaydığı məlumata görə, Tatarstan Respublikasının və Orenburq vilayətinin hüquq-mühafizə orqanları xaricilər üçün qeyri-qanuni yolla miqrasiya kartları hazırlayan cinayətkar dəstəni ifşa ediblər (Rosbalt).

İstintaq orqanlarının verdiyi məlumata görə, həmin cinayətkar dəstəyə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Orenburq vilayəti üzrə idarəsinin 53 yaşlı mayoru Yevgeni Şurışev rəhbərlik edib. Miqrantların pasportuna ştapm vurulması fəaliyyətini mayor gerçək biznes sahəsinə çevirib. Bu əmələ o, əvvəlcə öz tanışını -Özbəkistan vətəndaşı Şohist Urinbayevi cəlb edib. Sonradan dəstənin üzvlərinin sayı artmağa başlayıb.

Miqrantın pasportuna ştampın vurulması, onların hər birinə 4,5 min rubla, əmək patenti isə 20 min rubla başa gəlirmiş. Bundan başqa, mayorun dəstəsi imtahanların venilməsi barədə sertifikatların əldə olunmasına da «köməklik» göstərirmiş.

Dəstə üzvlərinin saxlanması, onun daxilinə xüsusi agent yerləşdirilməsi sayəsində başa gəlib. Agent dəstənin bütün sirlərini gizli kamera ilə qeydə alıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol