Menu

"Hizbullah" silahlılarını Suriyadan çıxarmağa başlayıb

15.03.2016, 16:16
"Hizbullah" silahlılarını Suriyadan çıxarmağa başlayıb

Livan "Hizbullah"ının yüzlərlə silahlısı Suriya ərazisindən çıxmağa başlayıb.

"Report" xəbər verir ki, bu haqda Livandan olan jurnalist, "Cenubiye" saytının qurucusu Əli əl-Emin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

""Hizbullah"a yaxın bir çox fərqli mənbələrdən öyrəndiyimə görə, qruplaşma Suriyadan yüzlərlə silahlısını geri çəkir. Suriyadan qayıdan silahlılar 3 gündür Livandakı evlərinə gedir", - jurnalist vurğulayıb.

Onun sözlərinə görə, adıçəkilən terrorçu qruplaşma silahlılarını Suriyanın Hələb kimi bölgəsindən çıxarsa da, Dəməşq və Livanla sərhəddə yerləşən Kalamun və Zebedani rayonlarından çıxarmayacaq: ""Hizbullah" Suriyadan tamamilə çəkilməyəcəyini rəsmi olaraq açıqlamayacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol