Menu

Bakıda yaşayan əhalinin sayı açıqlandı – RƏSMİ

16.03.2016, 10:53
Bakıda yaşayan əhalinin sayı açıqlandı – RƏSMİ

Paytaxt sakinlərinin orta maaşı 700 manata yaxınlaşır.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 225,8 min nəfər olub. Hazırda şəhərdə əhalinin sıxlığı bir kvadrat kilometrə 1040 nəfər təşkil edir.

Bu barədə Oxu.Az-a Bakı Şəhəri Statistika İdarəsindən bildiriblər.

Məlumata görə, ötən il ərzində Bakıda 34,2 min nəfər doğulub, ölənlərin sayı isə 12,5 min nəfər təşkil edib.

2015-ci il ərzində Bakıda 16,7 min yeni ailə qurulub, 4,2 min ailə isə dağılıb.

Bundan başqa, qeyd olunur ki, paytaxtda işləyən şəxslərin sayı 2014-cü il ilə müqayisədə 8 min 694 nəfər azalaraq, 684 min 146 nəfər təşkil edib.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı isə 7,5% artaraq 666,7 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol