Neft hasilatının Yanvar ayı səviyyəsində dondurulmasının müzakirə olunacağı iri neft istehsalçılarının görüş vaxtı məlum olub.
"Marja" xəbər verir ki, Qətərin Sənaye və Energetika naziri Muhammed Al-Sada, "OPEC və OPEC-ə daxil olmayan neft istehsalçıları 17 Apreldə Dohada toplanacaq" - deyib.
Qeyd edək ki, ilk öncə görüşün 20 Mart tarixində Moskvada keçiriləcəyi bildirilirdi.
Al-Sada etdiyi açıqlamada, neft istehsalçısı ölkələrin cari qiymətlərin davamlı olmadığı barədə həmfikir olduqlarını bildirərək, 15 istehsalçı ölkənin Dohada toplaşaraq istehsalın dondurulmasını müzakirə etməyə razılıq verdiyini deyib.
Al-Sada açıqlamasında, məqsədlərinin neft bazarına sabitlik qazandırmaq olduğunu da ifadə edərək, tədbirə dəstək verən ölkələrin qlobal neft istehsalının 73%-ni reallaşdırdıqlarını vurğulayıb.
İran əvvəlki gün etdiyi açıqlama ilə istehsalını sanksiyalardan əvvəlki 4 milyon barrel səviyyəsinə çıxarmadan "hasilatın dondurulması" istiqamətində bir addım atmayacağını bildirmişdi.


Şərhlər