Menu

Rauf Mirqədirov azadlığa buraxıldı - VİDEO

17.03.2016, 13:05
Rauf Mirqədirov azadlığa buraxıldı - VİDEO

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.

O, məhkəmə zalında azadlığa buraxılıb

Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

AzadliqRadiosu - TƏCİLİ XƏBƏR: Rauf Mirqədirov azadlığa... | Facebook

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol