Menu

Roma Papası Sərkisyanın kürəkəninə orden verdi

17.03.2016, 18:16
Roma Papası Sərkisyanın kürəkəninə orden verdi

Roma Papası I Fransiskin qərarı ilə Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan IX Piy adına Böyük Cəngavər Ordeni ilə mükafatlandırılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mükafat martın 16-da Vatikan dövlət katibinin müavini, arxiyepiskop Covanni Ancelo Beççu tərəfindən Minasyana təqdim olunub.

Roma Papası mükafatı Mikael Minasyanın Vatikana olan xoşməramlı niyyətinə görə verdiyini bildirib.

Mikael Minasyan Ermənistan prezidenti Serj Sərksiyanin kürəkənidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol