Saytımızda dərc olunmuş 
qarşısında xüsusi xidmətlərinə görə qanunu poza bilməz, özünü qanundan üstün saya bilməz, özü üçün güzəştlər müəyyən edə bilməz”.
Bildirmək istəyirik ki, biz B.Bağırov küç. 592 ünvanında yerləşən binanın sakinləri, olduğumuz binada “VlTR Fitnes” klubunun əlindən rahat yaşayışımızı itirmişik. Sahibi Vergilər Nazirliyinin əməkdaşı Vüqar Namazov adlı şəxs olan “VİTR Fitnes1" klubu yüzlərlə sakinin yaşadığı çoxmənzilli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində təşkil olunduğuna görə klubda quraşdırılmış avadanlıqların, ventilyasiya sisteminin səsindən nə istirahət edə, nədə ki, yata bilirik.
Hələ bu azmış kimi heç kəslə razılaşdırmadan, güclü səs-küy yaradan işiq generatorunu da klub üçün quraşdırıb. Bina üçün nəzərdə tutulmuş elektrik eneıjisini bu klub istədiyi şəkildə istifadə edir, nəticədə elektrik xətlərinin həddindən artıq yüklənməsi naqillərdə yanğınlara səbəb olmuş və nəticədə mənzillərimiz işıqsız qalmışdır.

Kluba gələn çox sayda müştərilərin avtomobillərinin səs-küyü bizim rahatlığımızı pozur, necə gəldi park edilmiş avtomobillər binaya girişləri əngəlləyir, bizim binadan rahatlıqla istifadə etməyimizə ciddi şəkildə mane olur.
Həmin avtomobillər binanın ikinci mərtəbəsində altı boş sahə (mağaza) olan yerdə park edilir və bu həm binanın təhlükəsizliyi, həm də mağazaya daxil olan sakinlərin təhlükəsizliyi üciin böyük təhdid təşkil edir.
İdmançı cüssəli şəxslərin idman etmək bəhanəsilə ətrafdakılara, o cümlədən qadınlara, uşaqlara məhəl qoymadan yarıçılpaq şəkildə gəzmələri sakinlərin ləyaqətini alçaldır, onların heysiyyatına, mənliyinə toxunur. Etirazlarımız isə təhqirlərlə, hərbə-zorba ilə qarşılanır.
Möhtərəm Cənab Prezident!

Biz başa düşə bilmirik o, Vergilər Nazirliyinin əməkdaşı olduğu halda, necə olur ki, bütün günü klubda olur ve ona rəhbərlik edir.
Həmin obyektdə heç kassa aparatı da quraşdırılmamış, klubda idmançılar üçün mənşəyi və mənbəyi bəlli olmayan müxtəlif dərman preparatları qanunsuz satılır.
Vüqar Namazovun özünün kütləvi informasiya vasitələrində qeyd etdiyi kimi 800 nəfər müştərisi, aylıq abunə haqqı 80 manat, aylıq dövriyyəsi isə 64.000 manat olan “VİTR Fitnes” klubun maliyyə faliyyəti və vergi öhdəliklərini nə cür yerinə yetirməsi də ciddi suallar doğurur.
Möhtərəm Cənab Prezident!
Dəyərli vaxtınızı belə məsələ ilə əlaqədar aldığımıza görə Sizdən dönə-dönə üzr istəyirik. Lakin, artıq təngə gəlmişik. Ümidimiz artıq yalnız Sizə qalıb.
Sizdən xahiş edirik ki, Vergi müfəttişi olan Vüqar Namazovun etdiyi özbaşınalıqlara və qanunsuz sahibkarlıq fəaliyyətinə son qoymaq, yaşayış binasının sakinlərini bu əziyyətdən qurtararaq rahatlığını təmin etmək üçün aiddiyyatı orqanlara müvafiq tapşırıqlar verib bizə köməklik göstərəsiniz".
Qeyd edək ki, məktubun surəti vergilər naziri cənab Fazil Məmmədova, Baş Prokuroru cənab Zakir Qaralova da ünvanlanıb.
Məktuba həmçinin bəzi video süjetlər də əlavə olunub ki,onu da aşağıda veririk.





Şərhlər