Menu

Türkiyədə terrorla bağlı məhkəmə başladı

18.03.2016, 15:37
Türkiyədə terrorla bağlı məhkəmə başladı

Ankarada 37 nəfərin ölümünə səbəb olan terror aktlarının təşkilində şübhəli bilinən 14 nəfərin məhkəməsi başlanıb.

Onlar martın 13-də törədilən terror aktlarından sonra polisin keçirdiyi reydlər zamanı saxlanıblar.

Həmin hücuma görə cavabdehliyi PKK ilə əlbir olan “Kürdüstan Azadlıq Şahinləri” qrupu üzərinə götürüb.

Fevralın 17-də Ankarada 29 nəfərin ölümü ilə nəticələnən partlayışa görə də cavabdehliyi bu qrup üzərinə götürüb.

Ankaradakı son partlayışı 2 intiharçı-qadın və kişi törədib.

Türkiyə hakimiyyəti onların PKK üzvləri olduğunu deyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol