Menu

​Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

19.03.2016, 09:02
​Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib

Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Stefan Dion bildirib.

"Bugünkü qərar Ukraynada diplomatik böhranın həlli yollarının axtarılmasına yönəlmiş geniş beynəlxalq səyləri dəstəkləyir", — deyə o bildirib.

Dion izah edib ki, Rusiyaya qarşı məhdudiyyətlər Minsk sazişləri tam yerinə yetirilənədək qüvvədə olacaq.

Kanadanın sanksiya siyahısına həm fiziki, həm də hüquqi şəxslər daxildir.

Siyahıya ümumilikdə 10 hüquqi şəxs düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol