Menu

"Təyyarə qəzasında azərbaycanlılar olmayıb" - Rəsmi açıqlama

19.03.2016, 12:50
"Təyyarə qəzasında azərbaycanlılar olmayıb" - Rəsmi açıqlama

“Flay Dubay” avikompaniyası Rusiyanın Rostov-na-Donu şəhərindəki təyyarə qəzasında həlak olanların hansı ölkə vətəndaşları olduğunu açıqlayıb.

Modern.az saytı xəbər verir ki, verilən açıqlamaya görə, təyyarə qəzasında ölənlər arasında azərvbaycanlı yoxdur. Kompaniyanın məlumatına əsasən, ölənlərdən 44-ü Rusiya, 2-si Hindistan, 1-i Özbəkistan vətəndaşıdır.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev də Modern.az-a açıqlamasında bildirib ki, təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar yoxdur.

“Biz maraqlandıq və ölənlərin də adları açıqlanıb. Azərbaycanlı yoxdur”.

Qeyd edək ki, Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya urğrayan sərnişin təyyarəsində olan 62 nəfərin hamısı ölüb. Bunlardan 4-ü uşaq, 7 nəfər isə heyət üzvü olub. Heyət üzvləri müxtəlif ölkələrin vətəndaşları olub, onlardan biri Rusiya vətəndaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol