Menu

Kerri Moskvaya gedir

19.03.2016, 17:11
Kerri Moskvaya gedir

ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək. "Report" Rusiya XİN-ə istinadən xəbər verir ki, səfər martın 23-24-də reallaşacaq.

Səfər çərçivəsində C.Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

"İşgüzar səfər zamanı C.Kerri və S.Lavrovun ikitərəfli əməkdaşlıq və aktual beynəlxalq probler ətrafında fikir mübadiləsi aparacağı gözlənilir", - XİN-in yaydığı bəyanatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol