Menu

Gürcüstanda yaşayış binasında partlayış baş verib - Yaralananlar var

19.03.2016, 19:47
Gürcüstanda yaşayış binasında partlayış baş verib - Yaralananlar var

Gürcüstanın Batumi şəhərində barak tipli yaşayış binasında güclü partlayış baş verib.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə binanın bir neçə sakini yaralanıb.

İlkin olaraq partlayışa səbəb kimi qaz sızması göstərilir.

Hadisə yerində xilasedici briqadaların çalışdığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol