Ronaldo Madridin Plaza Mayor meydanında miqrantlara qarşı hörmətsizliyə etiraz edib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində Madriddə keçirilən "Atletiko" - PSV matçı öncəsində qonaq azarkeşlər Plaza Mayor meydanında miqrantlara qarşı heç də xoş davranmayıblar.
Ans-in məlumatına görə, suriyalıların hollandlardan kömək istəməsinin qarşılığını PSV fanatları yerə qəpiklər atmaqla veriblər.
Bu, dünyada birmənalı olaraq xoş qarşılanmadı. Məsələyə Madridin digər təmsilçisinin ulduz üzvü Kriştiano Ronaldo da münasibət bildirib: "Görüntüləri izləyəndə özümdən utandım. Həmin an meydanda olub vuracağım qollarla tribunadakı hörmətsiz insanlara cavab verərdim. Hollandiya hökümətinin və PSV-nin məsələyə biganə qalmayacağına inanıram".


Şərhlər