Menu

Rusiya da ABŞ və Avropa Birliyini sanksiyalarla hədələyir

13.03.2014, 14:52
Rusiya da ABŞ və Avropa Birliyini sanksiyalarla hədələyir

Rusiya ABŞ və Avropa Birliyinə qarşı sanksiyalar tətbiq edə bilər.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov bəyan edib.

O qeyd edib ki, Moskva bu addımı Qərbin sanksiyalarına cavab olaraq ata bilər.

“Bununla belə ümid edirik ki, Qərb iqtisadi-ticarət əlaqələrinə toxunmadan siyasi sanksiyalarla kifayətlənəcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq. Sanksiyalarımız simmetrik olacaq”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol