Xarici KİV-in məlumatına görə, ABŞ və Rusiya nümayəndələri atəşkəsə əməl olunması və Damask əyalətində (hərbi əməliyyatlardan daha çox zərər çəkmiş bölgə) humanitar yardımın göstərilməsi üzrə Ammandakı Amerika koordinasiya mərkəzində məsləhətləşmələr aparıblar. Bu barədə Suriyada barışıq üzrə Rusiya mərkəzinin buraxdığı bülletendə xəbər verilir (TASS).
«ABŞ-ın koordinasiya mərkəzində (Amman, İordaniya) Rusiya-ABŞ məsləhətləşmələri baş tutub. Tərəflər Suriyada atəşkəsə əməl olunması və Damaskın daha çox zərər çəkmiş rayonlarına humanitar yardımın göstərilməsi istiqamətində bir sıra məsələlərə baxıblar...» - deyə, Rusiya Federasiyasının saytında qeyd edilib.
Sənəddə göstərilir ki, atəşkəs rejiminə qoşulmuş yaşayış məntəqələrinin və silahlı birləşmələrin sayı ötən gün ərzində dəyişməz qalıb - uyğun olaraq 51 və 43.
AzPolitika.info


Şərhlər