Menu

PKK-şılar Türkiyə Baş konsulluğuna hücum etdi

21.03.2016, 20:01
PKK-şılar Türkiyə Baş konsulluğuna hücum etdi

Bu gün PKK tərəfdarı olan bir qrup terrorçu İtaliyada Türkiyə Baş konsulluğuna hücum edib. APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, PKK tərəfdarları öncə Milanda yerləşən Türkiyə Baş konsulluğunun qarşısında aksiya keçib, terror təşkilatının lehinə şüarlar səsləndiriblər.

Daha sonra qrup Baş konsulluq binasına tüstü bombaları atıb. Bölgədə İtaliya polisinin olmayıb.

Qeyd edək ki, PKK Avropa İttifaqının terror təşkilatları ilə bağlı siyahısında yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol