İnrefaks agentliyinin məlumatına görə, Kiyevdəki Maydanın özünümüdafıə dəstələri müharibə hazırlığına başlayır. Belə ki, özünümüdafiə qrupunun böyük bir hissəsi 14 mart tarixində hərbi təlim keçmək üçün döyüş poliqonuna yollanacaq.
Bu məsələ ilə əlaqədar olaraq özünümüdafiə dəstəsinin yüzbaşılarınıdan biri olan Oleq Mixnyuk deyib:
“Biz dövlət rəhbərlərinə özünümüdafiə üzvlərinin hərbi təlim keçməsinin təşkili ilə bağlı müraciət qəbul etmək qərarına gəldik. Maydanda müxtəlif həyat təcrübəsi olanlar var, ancaq onların bir çoxunun döyüş təcrübəsi yoxdur. Rusiyanın indiki hərbi təcavüzü şəraitində özünümüdafiə üzvlərinin hazırlıqlı olması ən aktual məsələdir.”
Mixnyuk həmçinin onu da bildirib ki, hərbi təlimlər Kiyev vilayətindəki Ukrayna Daxili Qoşunlarının bazasında keçiriləcək. Digər tərəfdən isə Ukrayna Ali Radasında sayları təxminən 60 min nəfər olacaq Milli Qvardiya təsis olunub.
V.Nəsibov


Şərhlər