Menu

BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub

23.03.2016, 17:11
BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub

BMT-nin Azərbaycandakı ofisinə yeni rəhbər təyin olunub. BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi vəzifəsinə əfqanıstanlı diplomat Qulam İsaqzai gətirilib.

Diplomatın Azərbaycana gəlişi aprel ayının əvvəllərinə gözlənilir. O bu vəzifədə hollandiyalı Antonius Bruku əvəz edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol