Menu

İŞİD-ə vəsait yollayan qadın tutuldu

23.03.2016, 19:07
İŞİD-ə vəsait yollayan qadın tutuldu

Adı açıqlanmayan tələbə qız Suriyadakı İŞİD-ə minlərcə dollar göndərib

Avstraliyanın Sidney şəhərində yaşayan 16 yaşlı tələbə qız terrorçu İŞİD qruplaşmasına pul transferi etməkdə günahlandırılır.

"Report" BBC-yə istinadən xəbər verir ki, gənc qız "terroru maliyyələşdirməkdə" təqsirli bilinərək 25 ilədək həbs cəzası ala bilər.

Yerli media xəbər verir ki, adı açıqlanmayan tələbə qız Suriyadakı İŞİD-ə Western Union şirkəti vasitəsilə minlərcə dollar göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol