Menu

Avropada ən çox İŞİD-çi Belçikadadır - Siyahı

23.03.2016, 23:20
Avropada ən çox İŞİD-çi Belçikadadır - Siyahı

Ötən gün Belçikada terror törədən İŞİD-lə bağlı maraqlı xəritə yayılıb. Axar.az xəbər verir ki, "İndependent" qəzetinin yaydığı xəritədə hansı ölkədə nə qədər İŞİD terrorçusunun olduğu barədə məlumatlar yer alıb.

Qəzetin xəbərinə görə, Avropada ən çox İŞİD-çinin olduğu ölkələrin sırasında AB və NATO-nun paytaxtı hesab edilən Belçika da var. Bu ölkədə 40 İŞİD-çinin gizləndiyi bildirilir.

Belçikanı daha sonra İsveç, Danimarka və Fransa izləyir.

Qeyd edək ki, İŞİD ötən gün Brüssel hava limanında və şəhərin iki metrostansiyasında terror aktı törədib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol