AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriya ordusu (Bəşər Əsədə sadiq ordu hissələri) Palmira şəhəri yaxınlığında terrorçularla şiddətli döyüşlər aparır.
«RİA Novosti» agentliyinin məlumatına görə, əsas döyüşlər Damaskdan Deyr-əz-Zora aparan magistralların kəsişdiyi ərazidə gedir. Bildirilir ki, Palmira şəhərinin tarixi hissəsi və qalası hələ də terrorçuların nəzarəti altında qalmaqdadır.
Eyni zamanda, bundan əvvəl mətbuatda məlumatlar yayılmışdı ki, guya Suriya ordusu şəhərin tarixi hissəsinə daxil olub.
AzPolitika.info


Şərhlər