Menu

Medvedev Ermənistana gedəcək

24.03.2016, 23:01
Medvedev Ermənistana gedəcək

Rusiyanın baş naziri Dimitry Medvedevin Ermənistana səfəri gözlənilir. Bu barədə TASS xəbər yayıb.

Medvedev martın 24-də nazirlər kabinetinin iclasında Rusiya ilə Ermənistan arasındakı hökumətlərarası razılaşmanın ratifikasiyası barədə layihənin müzakirəsini təklif edib.

Söhbət qaz, neft məhsulları və işlənməmiş təbii almaz sahəsində əməkdaşlıqdan gedir.

O sənədin Yerevana səfəri ətərəfəsində razılaşdırıldığını vurğulayıb.

Ermənistanın baş naziri Ovik Abramyan bundan əvvəl Medvedevin aprelin 7-də Yerevana gələcəyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol