Ukraynalı qaz oliqarxı Vyanada xüsusi əməliyyatla tutuldu
Ukraynalı biznesmen Dmitri Firtaş Vyanada həbs edilib. Onu ABŞ Federal Təhlükəsizlik Bürosunun sorğusu əsasında “Kobra” xüsusi təyinatlılarının birgə keçirdiyi əməliyyatla ələ keçiriblər. Həbs edilən zaman onun yanında iki mühafizəçisi olsa da, heç bir müqavimət göstərməyiblər.
Ukrayna XİN Firtaşın martın 12-də həbs edildiyini açıqlayıb.
Martın 14-də Firtaşın ekstradisiyası üçün ilk mərhələ başlaya bilər. Bu barədə Avstriya Federal Məhkəməsinin hakimi Kristina Zalsborn məlumat verib. O, əlavə edib ki, sadəcə olaraq, hələlik, prokurorluqdan sorğu daxil olmayıb. Məhkəmə bu qərarı qəbul etdikdən dərhal sonra Firtaşın işi beynəlxalq hüquq normalarına uyğunluğunun dəqiqləşdirilməsi üçün prokurorluğa göndəriləcək.
Firtaş Ukrayna biznesmeni olsa da, Putinin və Medvedin ən etibarlı iş ortaqlarından biri sayılır. Onun qaz satışı və emalı ilə məşğul olan şirkətlərinə həmişə FTX-nin iri rütbəli məmurları rəhbərlik ediblər və bu təyinatları bilavasitə Putinin etdiyi haqda söhbətlər var.
Avstriya polisindən BBC-ə bildiriblər ki, biznesmenin həbsi Ukraynada son hadisələrlə bağlı deyil.Avstriya polisi cənab Firtaşın xeyli vaxtdır kı FTB-nin nəzarətində olduğunu qeyd edib.
"ABŞ Federal Təhlükəsizlik Bürosu korrupsiya və digər ittihamlar əsasında Ukrayna vətəndaşı Dmitri Fırtaşa qarşı 2006-cı ildən araşdırma aparıb", Avstria Federal polisinin məlumatında bildirilib.
Polisin məlumatına görə, cənab Firtaş korrupsiya və kriminal şəbəkə yaratmaqda ittiham olunur.
Avstriya qanunvericiliyinə əsasən, yaxın vaxtlarda yerli məhkəmə cənab Firtaşın ekstradisya olunması məsələsinə baxacaq.
Ukrayna mediasının məlumatına əsasən, 3,3 milyard dollarlıq varidatın sahibi olan Dmitri Firtaş ölkənin ən zəngin vətəndaşları siyahısında 4-cü yerdədir.
Dmitri Firtaş 2004-cü ildə "Qazprom" şirkətilə işbirliyi yaradaraq Rusiya qazının Ukrayna və Aİ ölkələrinə nəqlilə məşqul olan "RosUkrEnergo" şirktəni təsis edib.
Vaif
AzPolitika.info


Şərhlər