Menu

“Türkiyə ilə konfliktimiz müvəqqətidir...”- Rusiya XİN-i

25.03.2016, 22:59
“Türkiyə ilə konfliktimiz müvəqqətidir...”- Rusiya XİN-i

Rusiya ilə Türkiyə arasında konflikt müvəqqəti xarakter daşıyır. Musavat.com-un məlumatına görə, belə bir nikbin bəyanatla Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Əlbəttə ki”, - deyə Zaxarova “Ankara-Moskva münaqişəsi müvəqqətidirmi” sualına cavab verərkən deyib. XİN rəsmisinin sözlərinə görə, ABŞ dövlət katibinin Moskva danışıqları zamanı Rusiya-Türkiyə münasibətləri müzakirə edilməyib.

Ankara-Moskva münasibətləri ötən ilin noyabrında Türkiyə hava sərhədini pozan Rusiyaya məxsus “Su 24” hərbi təyyarəsinin vurulmasından sonra pisləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol