Menu

Brüsseldə terror həyəcanı: Vağzal boşaldıldı

26.03.2016, 19:46
Brüsseldə terror həyəcanı: Vağzal boşaldıldı

Brüsselin Şimal vağzalında terror xəbərdarlığı edilib.Axar.az xəbər verir ki, vağzalda şübhəli əşya tapılıb.

Ərazidə olan sərnişinlər dərhal oradan uzaqlaşdırılıb. Bundan başqa qatarların vağzala gediş-gəlişi də müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, martın 22-də Brüsseldə baş verən terakt nəticəsində 34 nəfər həlak olub, 250 nəfər isə yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol