Menu

Rusiyada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı

27.03.2016, 12:49
Rusiyada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı

Rusiyanın Sverdlovsk vilayətində dövlətlərarası "Axtarış" əməliyyatı zamanı cinayət törətməkdə şübhəli bilinən 250 nəfər saxlanılıb.

Report xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Saxlanılanlar arasında beynəlxalq axtarışda olan 9 MDB ölkəsi vətəndaşı, o cümlədən bir azərbaycanlı da var. Əməliyyatçılar tərəfindən tutulan Azərbaycan vətəndaşı sağlamlığa qəsdən yüngül xəsarət yetirməkdə şübhəli bilinir.

Əməliyyat 16-17 mart tarixlərində aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol