Suriya ordusunun kəşfiyyat xidmətinin rəhbəri Mahmud Dip İŞİD-lə yaşanan atışma zamanı öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın “Dorar Şam” agentliyi yayıb.
Məlumata görə, Mahmud Dip 2 gün öncə terrorçular tərəfindən Deyr əz-Zor şəhərinin Harabeş bölgəsində öldürülüb.
Qeyd edək ki, Suriya ordusu Cure, Kusur və Heraşm bölgələri ətrafında aktiv hərbi əməliyyatlar aparır.


Şərhlər